"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Kamran Bayramov:” Bələdiyyələrdə maliyyə israfçılığının aradan qaldırılmasında…”

--2017-02-27 / 14:09

Bir çox hallarda bələdiyyələrdə maliyyə israfçılıgına rast gəlmək olur. Bəs israfçılığın qarşısının alınması üçün hansı addım atılmalıdır?

Belediyye.infonun sualını cavablandıran  Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov bildirib ki,  maliyyə israfçılığının aradan  qaldırılmasında  bələdiyyə vəsaitlərinin xərclənməsi prosesinə ictimai nəzarətin gücləndirilməsi olduqca böyük rol oynayır:

“Xatırladım ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməli, bu məqsədlə bələdiyyələr ərazilərində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verməli, bülletenlər buraxmalı, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirməli və mediada yaymalıdırlar.  Bu məsələdə əhalimiz kifayət qədər fəal olmalı, bələdiyyələrimiz də qeyd etdiyim qanunun müddalarına ciddi əməl etməlidirlər.”

Belediyye.info

ŞƏRHLƏR